COP29un prezidenti: Məqsədə çatmaq üçün qlobal və regional səyləri bir araya gətiririk | I…
Apa.az saytına istinadən Icma.az xəbər verir. Türk xalqları arasında həmrəyliyin kökləri dərinlərə gedib çıxır.
APA xəbər verir ki, bunu COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşündə COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev deyib.
O bildirib ki, türk dövlətləri təşkilatlanıb: “Bu təşkilat bizim tarixi, mədəni və iqtisadi əlaqələrimizi möhkəmləndirir, qlobal problemlərin həlli üçün vacib olan əməkdaşlıq üçün zəmin yaradır.
Şuşada keçirilən TDT-nin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfələrimizi vurğulayıb.
Bu gün ölkələrimiz iqlimdə davamlılıq yaratmaq və xalis sıfır gələcəyə doğru irəliləmək üçün mühüm problemlərlə üzləşirlər.
Ekstremal hava hadisələri, resurs məhdudiyyətləri və iqtisadi keçidlər bizim diqqətimizi tələb edir.
Təkcə bu il biz daşqınların Qazaxıstanın bəzi hissələrini dağıtdığını gördük.
Şiddətli meşə yanğınları meşələri və evləri məhv edərək, davamlılıq strategiyalarına təcili ehtiyac olduğunu göstərir.
Tam oxu
Xəbəri oxu