COP29un səkkiz günü ərzində neçə sərnişin daşındığı AÇIQLANIB

19.11.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi səkkiz gün ərzində 331 861 sərnişinə xidmət göstərilib.

Oxu.Az xəbər verir ki, bu məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.

Qeyd olunub ki, AYNA-nın təşkil etdiyi 18 Nəqliyyat Mübadilə Mərkəzindən ötən gün 45 minə yaxın sərnişin daşınıb. Sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Nəqliyyat əməliyyatlarına agentlik tərəfindən "BakuBus", "Bakı Taksi Xidməti", "Azparking" əməkdaşları daxil olmaqla ümumilikdə 1 600 nəfərdən çox heyət üzvü cəlb edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью