Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır. COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir.
Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Slovakiya Baş nazirinin müavini Tomas Tarabadır.
Tomas Taraba Trend-ə özəl açıqlamasında qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilatçılığı çox uğurlu olub.
"Azərbaycan qısa müddət ərzində belə böyük tədbirin təşkilinə nail olub. Düşünürəm ki, təşkilatçılıq çox uğurlu alınıb", - o bildirib.
Onun sözlərinə görə, Slovakiyanın COP29-dan gözləntisi böyükdür. "Hazırda ən böyük problem qlobal ekoloji hədəflərin maliyyələşdirilməsidir.
COP29-u isə maliyyə COP-u adlandırırlar. Bu konfransdan gözləntilərimiz çoxdur.
Lakin ən böyük gözləntimiz maliyyələşdirmə ilə bağlı fondun yaradılmasıdır. Düşünürəm ki, bu məqsədə nail ola biləcəyik",- deyə o bildirib.