COP29un “Yaşıl zona”sına bilet satışı başlayır

08.11.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

Sabahdan etibarən COP29-un “Yaşıl zona”sına bilet satışı başlayır.

Modern.az xəbər verir ki, COP29-da yaşıl zona üzrə tamaşaçı qismində iştirak etmək istəyənlər “İticket.az”dan bilet əldə edə bilərlər.

Məhdud sayda olan biletlər pulsuz veriləcək.

Müəyyən tarix üçün nəzərdə tutulan bütün biletlər tükəndikcə satış dayandırılacaq.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək COP29 konfransı 11-22 noyabr aralığını əhatə edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью