COP30 da yanğın iştirakçılar evakuasiya edildi

21.11.2025

Icma.az bildirir, 525.az portalına istinadən.

Braziliyanın Belem şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin 30-cu Konfransı (COP30) zamanı yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, iştirakçılar görüş keçirilən ərazidən təxliyə edilib.

Yanğın sammitin iştirakçısı olan ölkələrin və beynəlxalq təşkilatların stendlərinin yerləşdiyi “Mavi Zona”da başlayıb. Təhlükəsizlik işçiləri təcili çıxışları açıb və “Mavi Zona” iştirakçılarını təxliyə ediblər. Qısa gərginliyə səbəb olan yanğında itki olmayıb.

Yanğının səbəbini və dəymiş ziyanı müəyyən etmək üçün əraziyə ekspert qrupları göndərilib.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью