COP30 un hazırlıq iclasının tarixi bəlli oldu

30.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

İqlim konfransının hazırlıq iclası (pre-COP) 13-14 oktyabr tarixlərində Braziliyada keçiriləcək.

Oxu.Az COP30-un rəsmi saytına istinadən xəbər verir ki, görüşdə iqlim məsələləri üzrə nazirlər və əsas müzakirəçilər iştirak edəcəklər.

Pre-COP-un əsas məqsədi 10-21 noyabr tarixlərində Belemdə keçiriləcək iqlim konfransının ən vacib mövzuları üzrə ilkin razılaşmaların əldə edilməsi olacaq.

Tədbirdə 30-50 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir. Ənənəvi olaraq ev sahibi ölkə tərəfindən COP-dan təxminən bir ay əvvəl təşkil edilən görüş, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının müşahidəçiləri üçün açıq olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью