COP31 Azərbaycan üçün yeni imkanlar yaradacaq Vüqar Bayramov

11.11.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan qlobal iqlim məsələlərində fəal ölkələrdən biridir. COP29-un Azərbaycanda keçirilməsi və tədbir çərçivəsində əldə olunan nəticələr də ölkəmizin bu istiqamətdə fəal şəkildə öz töhfəsini verdiyini göstərir. Eyni zamanda, COP29-a ev sahibliyi edən Azərbaycanın iqlim dəyişiklikləri ilə bağlı kifayət qədər ciddi təcrübəsi var. Bu təcrübənin digər ölkələrlə bölüşülməsi də aktual məsələlərdən biri idi. Bu baxımdan, COP29-da iştirakımız və Prezident İlham Əliyevin Türkiyəyə bu aspektdən səfəri Azərbaycanın əldə etdiyi təcrübənin, eləcə də bu sahədəki uğurlarının bir daha təqdim olunması baxımından vacibdir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Türkiyənin Antalya şəhərində keçirilən COP31 tədbirindən və Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirlə bağlı qardaş ölkəyə səfərindən danışarkən bildirdi. O əlavə etdi ki, Azərbaycan qlobal məsələlərdə kifayət qədər fəal mövqedə olan ölkədir:

"Təbii ki, bütün bunlar Azərbaycan təcrübəsinin beynəlxalq səviyyədə təqdim edilməsi üçün yeni imkanlar yaradır. Sözsüz ki, Azərbaycanın beynəlxalq tədbirlərdə fəal iştirakı və həyata keçirdiyi təqdimatlar bütövlükdə ölkəyə yeni sərmayələrin cəlb edilməsi baxımından da vacibdir. Azərbaycan yaşıl iqtisadiyyatı dəstəkləyən ölkələrdəndir və enerji keçidini fəal şəkildə reallaşdırır. Bu kontekstdə, xüsusilə yaşıl iqtisadiyyata daha çox sərmayənin və innovasiyaların cəlb edilməsi baxımından COP31, təbii ki, Azərbaycan üçün yeni imkanlardan biridir. Eyni zamanda, bu tədbir digər ölkələrin Azərbaycan təcrübəsi ilə tanış olması və həmin təcrübədən faydalanması baxımından da vacib hesab olunur".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью