Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqına üzv 27 ölkə COP31 çərçivəsində qlobal enerji istehlakında elektrik enerjisinin payının 2035-ci ilə qədər 35 faizə çatdırılması hədəfinə dəstək vermək barədə razılığa gəlib.
Banco.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransında (COP31) müzakirə olunan təşəbbüs Türkiyə və Avstraliya tərəfindən irəli sürülüb.
Hazırda qlobal enerji istehlakında elektrik enerjisinin payı təxminən 20 faizdir. Yeni hədəf bu göstəricinin 2035-ci ilə qədər 35 faizə yüksəldilməsini nəzərdə tutur.
Bununla belə, Aİ ölkələri arasında elektrik enerjisinin hansı mənbələr hesabına istehsal olunması ilə bağlı fikir ayrılığı qalır. Bəzi dövlətlər hədəfin yalnız təmiz enerji mənbələri hesabına həyata keçirilməsini istəyir. Digər ölkələr isə artan tələbatın ödənilməsi üçün təbii qaz və kömürdən istifadə imkanlarının saxlanılmasını dəstəkləyir.