COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10.11.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 9-dan 20-dək Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri Konfransı (COP31) Bakıdakı COP29-da əldə olunmuş razılaşmaları davam etdirir.

Milli.Az bildirir ki, bu barədə Trend  informasiya agentliyinin xüsusi müxbiri Ləman Zeynalova məlumat verib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması yollarını müzakirə etmək üçün Antalyaya hökumət nümayəndələri, vətəndaş cəmiyyəti və biznes strukturları toplaşıblar.

Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan pavilyonu da fəaliyyət göstərir.

Xüsusi müxbir xatırladıb ki, COP29 konfransı 2024-cü ildə Bakıda keçirilib və iqlim dəyişikliyi ilə beynəlxalq mübarizədə mühüm mərhələyə çevrilib. Onun əsas yekunlarından biri Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq karbon kvotaları ticarəti mexanizmləri ilə bağlı qəbul edilən qərar olub. Bu məsələ uzun illər həllini tapmamışdı.

"Hesab etmək olar ki, COP31 COP29 çərçivəsində əldə olunmuş həmin razılaşmaların bir növ davamıdır", - deyə o, qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью