COP31 də Azərbaycan pavilyonuna böyük maraq var

09.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Antalya, 9 noyabr, AZƏRTAC

Azərbaycan Türkiyədə keçirilən COP31 tədbirində geniş pavilyonla təmsil olunur.

AZƏRTAC xəbər verir ki, ölkə pavilyonunda Azərbaycan şəhərləri, təbiəti, iqlimi, təhsil və səhiyyə sistemləri, turizm imkanları, nəqliyyat infrastrukturu barədə məlumatlar qabaqcıl texnoloji imkanlar vasitəsilə təqdim olunur. Burada ziyarətçilərə Azərbaycanın milli mətbəx nümunələri də təqdim edilir.

Ziyarətçilər, həmçinin Azərbaycanın həyata keçirdiyi yaşıl enerji layihələri barədə ətraflı məlumatlar əldə edə bilərlər.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью