COP31 ərazisində 5 gün ərzində 100 tona yaxın bərk tullantı çeşidlənib

16.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Antaliyada Türkiyənin ev sahibliyi ilə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransında (COP31) ilk 5 gündə Mavi və Yaşıl Zonalarda təxminən 100 ton tullantı toplanaraq təkrar emal edilib.

Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən COP31 ərazisində qurulan sıfır tullantı idarəetmə sistemi dünya üçün nümunədir.

Anadolu Agentliyinin məlumatına görə, COP31-in qapalı və açıq sahələrindən tullantılar Mavi və Yaşıl zonalar istifadəyə bağlandıqdan sonra saat 22:00 ilə 06:00 arasında xüsusi elektrikli nəqliyyat vasitələri ilə təmizlik qrupları tərəfindən toplanır.

Bu çərçivədə, ilk 5 gündə Mavi və Yaşıl zonalarda təxminən 100 ton tullantı toplandı. Toplanan tullantıların 80 faizi təkrar emal edilə bilən, 20 faizi isə digər tullantılar kimi ayrılıb. Ərazidəki restoranlardan istifadə olunmuş yemək yağı da toplanaraq lisenziyalı təkrar emal mərkəzinə göndərilir və orada ərazidə yerləşən generatorlarda biodizel yanacağı kimi istifadə olunur.Reaktor qabının içərisindəki istilik sistemləri sayəsində heç bir bakteriya və ya ferment istifadə edilmədən kompost istehsal olunur. Qida tullantıları da emal olunaraq heyvan yeminə çevrilir.

Bu səylər nəticəsində ilk 5 gündə ümumilikdə 1,5 ton üzvi məhsul əldə edilib.

M.MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью