COP31 in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır

09.11.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında həm də Xəzər dənizinin problemləri yer alır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O deyib ki, Xəzər dənizinin çəkilməsi məsələsi ən mürəkkəb mövzulardan biridir:

"Həm pavilyonda, həm də digər məkanlarda keçirilən tədbirlərdə bu məsələni gündəmə gətirəcəyik. Çalışacağıq ki, dünya təşkilatları və maliyyə institutlarının bu məsələyə marağı artsın".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью