Azertag saytına istinadən Icma.az xəbər verir.
Antalya, 18 noyabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) yalnız iqlim müzakirələri ilə deyil, həm də fərqli xalqların mədəni müxtəlifliyini nümayiş etdirən maraqlı görüntülərlə yadda qalır.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində müxtəlif ölkələri təmsil edən iştirakçıların milli geyimləri, ənənələri, rəngarəng obrazları və bir çox digər diqqətçəkən məqamlar fotolarda əksini tapıb.
Bu görüntülər COP-un beynəlxalq həmrəylik, mədəni müxtəliflik və xalqlar arasında ünsiyyət platforması olduğunu bir daha nümayiş etdirir.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya