COP31 sədri: Qlobal temperatur artımını 1,5 dərəcədən aşağı saxlamaq əsas hədəfimizdir

16.09.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

İstanbul, 16 sentyabr, AZƏRTAC

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri, COP31-in Sədri Murat Kurum Cenevrədə Dünya Meteorologiya Təşkilatında keçirilən toplantıda COP31 sədrliyinin prioritetlərini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, iqlim böhranı ilə bağlı müzakirə mərhələsinin başa çatdığını və artıq konkret qərarların qəbul edilməsinin vacibliyini deyən nazir “Qlobal temperatur artımını 1,5 dərəcədən aşağı saxlamaq bizim kompasımızdır”, – deyə vurğulayıb.

O, Türkiyənin Dünya Meteorologiya Təşkilatının “Hər kəs üçün erkən xəbərdarlıqlar” təşəbbüsünü dəstəklədiyini qeyd edib. Kurumun sözlərinə görə, erkən xəbərdarlıq sistemləri fəlakətlərdən insanların qorunması, şəhərlərin riskləri əvvəlcədən müəyyənləşdirməsi və kənd təsərrüfatında itkilərin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Nazir Türkiyədə iqlim dəyişmələrinin təsirlərinin də artdığını bildirib. Onun sözlərinə görə, 2025-ci ildə ölkədə son 52 ilin ən aşağı, 2026-cı ildə isə son 66 ilin ən yüksək yağıntı səviyyəsi qeydə alınıb.

Kurum COP31-in “Tətbiq COP-u” olacağını deyərək, maliyyələşdirmə, texnologiya və potensial imkanlarının artırılmasına diqqət yetiriləcəyini bildirib. O, sədrliyin 10 prioritet istiqamətinin təmiz enerji, sıfır tullantı, dayanıqlı şəhərlər, yaşıl sənayeləşmə, gənclər və təhsil, ərzaq təhlükəsizliyi, okeanlar, səhiyyə, Rio sinerjiləri və “İqlim tətbiq körpüsü” olduğunu açıqlayıb.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью