Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Azərbaycanlı MMA döyüşçüsü Asəf Çopurovun UFC-də rəqibi məlum olub.
Futbolpress.az xəbər verir ki, o, Kolbi Tiknesslə qarşılaşacaq. Oktyabrın 24-nə planlaşdırılan döyüş Əbu Dabidə keçiriləcək.
Bu, Çopurovun UFC-də ilk döyüşü olacaq.
Asəf buna qədər MMA-da 11 görüşə çıxıb və qələbə qazanıb. Tikness isə 9 döyüşün 1-də uduzub.