Corab satan Allahverdi Yolçuyevdən TƏƏCCÜBLÜ AÇIQLAMA: İşlə təmin olunmamışam

26.07.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Corab satdığı görüntüləri yayıldıqdan sonra diqqət mərkəzinə düşən aktyor Allahverdi Yolçuyev Baku TV-yə açıqlamasında işlə təmin olduğunu deyib:

"Sevindiyimdən o qədər ağladım ki, Musiqi Komediya Teatrında məni işə bərpa etdilər".

Oxu.az-ın əməkdaşı işin nədən ibarət olduğunu öyrənmək üçün aktyorun özü ilə saxlayıb.

O, saytımıza açıqlamasında məlumatı təkzib edib, bildirib ki, hələ işlə təmin olunmayıb, yalan məlumat yayılıb:

"Musiqili Komediya Teatrından əmək kitabçamı istədilər. Amma iş üçün istəyib-istəmədiklərini demədilər. Çox güman ki, həftənin ilk günü məlumat çıxar. Mənə konkret olaraq işlə təmin olunduğum deyilməyib, sadəcə, maraqlanıblar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью