Corab satan məşhur aktyor işlə təmin olundu VİDEO

26.07.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.

Bakupost.az xəbər verir ki, o, bu barədə Baku TV-yə danışıb:

“Corab satmağımla bağlı görüntülərdən sonra birdən-birə ajiotaj yarandı. Telefonlarım susmadı. Mədəniyyət nazirimiz Adil müəllimə təşəkkür edirəm. O, iki dəfə mənə zəng etdi, ehtiyacımı soruşdu. Dedim mənim üçün çətindir. Aldığım təqaüd dərmanlarıma çatmır. Məni Musiqili Komediya Teatrına işə bərpa etdilər. Aidiyyəti qurumlar artıq mənlə maraqlanırlar. Corab satmaq da bir tarixə çevrildi”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью