Corat qəsəbəsində 700 abonentin qazı kəsiləcək

09.10.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Sumqayıt şəhərinin Corat qəsəbəsində mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.

BAKU.WS xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən verilən məlumata görə, bu gün saat 11:00-dan etibarən işlər yekunlaşana qədər Corat qəsəbəsində "Dörd yol" və ətraf ərazilərdə 700 abonentin qaz təchizatı dayandırılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью