Coratda yol çökür: Asfaltın altındakı su boruları üzə çıxıb ŞİKAYƏT VİDEO

23.01.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəriman Nərimanov küçəsində yolun vəziyyəti ciddi narazılığa səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, bu barədə ərazi sakinlərindən biri sosial şəbəkə hesabında video paylaşıb. Kadrlardan göründüyü kimi, sözügedən yol artıq uzun müddətdir istifadəyə yararsız vəziyyətdədir.

Belə ki, yolun örtüyü tamamilə sıradan çıxıb, dərin çuxurlar əmələ gəlib. Nəticədə ərazidən keçən avtomobillərin hərəkəti xeyli çətinləşib. Şikayətçinin sözlərinə görə, yolun bu vəziyyətə düşməsinin əsas səbəblərindən biri aidiyyəti qurumların ərazidə apardıqları müəyyən işlərdən sonra yolun bərpa olunmamasıdır.

Xüsusilə əlverişsiz hava şəraitində yağış və qar suları çökəkliklərdə toplanaraq vəziyyəti daha da ağırlaşdırır.

Qeyd olunur ki, bəzi çuxurlar o qədər dərindir ki, asfaltın altından keçən su boruları belə görünür.

Sakin bildirib ki, təcili tibbi yardıma ehtiyac yarandığı hallarda belə, avtomobillərin həmin əraziyə daxil olması çətinləşir.

Nərmin

Oxunub 288

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью