Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? İDDİDA VİDEO

16.06.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər Sumqayıt çimərliklərində baş verənlər sakinlər tərəfindən anrazılıqla qarşılanıb.

Avtosfer.az xəbər verir ki, çimərliyin Corat qəsəbəski ərazisinə düşən hissəsində Xəzər dənizinin quruduğu hissədə çəpərlənmə işlərinin aparıldığı müşahidə edilib. Sakinlər ərazidə aparılan işlərin görüntülərini çəkərək qaynar xəttimizə yollayıb. Görüntülərdən də ərazidə texnikanın işlədiyini, yerə basıdrılan dirəkləri və qum təpəcikləri ilə müəyyən ərazinin ayrıldığını görmək olur.

Sakinlər iddia edib ki, çimərlik ərazisi sahibkarlardan birinə satılıb və ərazidə iaşə obyektinin tikintisi gözlənilir. Bu baxımdan, aidiyyəti qurumların məsələni nəzarətə götürməsini və onsuz da hər addımı restoranlar olan Corat çimərliyində kiçik boş sahənin əhalinin xidmətində saxlanılmasını tələb edib.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью