Corc Rassell psixoloq köməyindən danışıb

12.08.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Formula-1” üzrə “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell karyerası boyunca idman psixoloqunun xidmətindən necə istifadə etdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Rassell psixoloqla yalnız uğursuzluq və gərgin dövrlərdə deyil, performansını maksimum səviyyəyə çatdırmaq üçün işlədiyini bildirib.

“Mən 2020-ci ildən idman psixoloqu ilə işləyirəm. Məqsəd öz potensialımdan maksimum istifadə etmək, işlədiyim insanlarla münasibətləri daha yaxşı qurmaq, yarış həftəsonlarının təzyiqini və mövsüm ərzində enerjimi düzgün idarə etməkdir”, - deyə Rassell “RacingNews365”ə açıqlamasında bildirib.

Britaniyalı pilot vurğulayıb ki, bu əməkdaşlıq yalnız ağır anlarda ona kömək etmək üçün nəzərdə tutulmayıb. Onun sözlərinə görə, yaxın çevrəsinin də dəstəyi böyük rol oynayır.

Rassell bu sırada nişanlısını, həmçinin “Mercedes” rəhbəri Toto Volff və uzun illər karyerasında mühüm rol oynamış Qven Laqryunu xüsusi qeyd edib.

Pilot əlavə edib ki, psixoloqla söhbətlər ona öz güclü tərəflərini və keçmiş uğurlarını xatırlamağa kömək edir.

“Karyerama baxanda uğurlarımı düşünürəm və nəyə qadir olduğumu xatırlayıram. Bu mənə inam verir”, - Rassell deyib.

Qeyd edək ki, Rassell üçün cari mövsüm gözlənildiyi qədər uğurlu keçmir. O, texniki problemlərlə üzləşib və komanda yoldaşı Kimi Antonelli hazırda sürücülər çempionatında onu 59 xal qabaqlayır.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью