Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Heritage Auctions veb saytında yerləşdirilmiş məlumata görə, Corc Vaşinqtonun prezidentliyi dövründə ABŞ Zərbxanasının təsis edildiyi dövrdə buraxılmış nikel sikkə hərracda təxminən 2,93 milyon dollara satılıb.
Sikkə 1792-ci ildə buraxılıb. Hərrac zamanı lot "66 təklifi keçərək rekord qiymətə - 2,928 milyon dollara çatıb".
Hərrac 8-9 oktyabr tarixlərində baş tutub. Hərrac evi sikkənin müstəsna vəziyyətini və milli əhəmiyyətini vurğulayıb.