Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əsərin 300 min-500 min funt sterlinqə satılacağı təxmin edilir
Uinston Çörçilin "Amarillis Lily" (1948) əsəri Londonda keçiriləcək “Christie's” hərracında satışa çıxarılacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, əsərin 300 min-500 min funt sterlinqə (396 min-661 min dollar) satılacağı təxmin edilir.
Rəsmdə qaranlıq fonda masanın üstündəki bir qabda çiçək açan qırmızı amarillisi, "Mart zanbağı" kimi də tanınan bir bitki təsvir edilib.
Çörçill əsəri qızı Ledi Meri Soamesə hədiyyə etmiş və o, əsəri 1995-ci ildə Çörçill Fonduna bağışlayıb. Fond əldə edilən gəliri "İncəsənət üçün Məkan Yaratmaq" proqramına bağışlayacaq.
Çörçil 40 yaşında rəsm çəkməyə başlayıb və həyatı boyu təxminən 500 rəsm əsəri yaradıb. Onun ən bahalı əsəri, İkinci Dünya müharibəsi zamanı yaradılan yeganə mənzərə olan "Koutubia Məscidinin Qülləsi" 2021-ci ildə “Christie's” hərracında 8,285 milyon funt sterlinqə (təxminən 11,6 milyon dollar) satılıb. Rəsm əsəri Ancelina Colinin keçmiş əri Bred Pitt tərəfindən hədiyyə edilən kolleksiyasının bir hissəsi idi.
Hərrac oktyabrın 21-də keçiriləcək.