Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Əl Nəsr”in ulduzu Kriştianu Ronaldonun xanımı Corcina Rodrigez portuqaliyalı futbolçunun karyerasını 50 yaşında bitirə biləcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Netflix”ə danışıb:
“İnsanlar “sizcə, o nə vaxt futbolu bitirəcək?” deyə soruşanda, açığı, bəlkə də 50 yaşında” – deyə Corcina bildirib.
Qeyd edək ki, 41 yaşlı Kriştianu Ronaldo bir neçə gün öncə Portuqaliya millisinin düşərgəsində problem yaşayaraq ordan ayrılıb.