Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqesin bacısı İvana Rodriqes açıqlama verib.
Futbolpress.az xəbər verir ki, “Top Chef” proqramında danışan İvana Ronaldo ilə münasibətlərindən söz açıb:
“Ailəmizdə Ronaldo biri kimi olduğu üçün çox şanslıyıq. Bir süfrə arxasında oturanda həmişə düşünürəm ki, kaş, ancaq o danışsın. Hər sözündə yeni nəsə öyrənirik. Ronaldo ailəmizin bir üzvüdür”.