Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir.
BAKU.WS xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibət Corcina Rodrigesi narahat edib.
Bundan sonra o həyat yoldaşından həmin pilotla əməkdaşlığı dayandırmağı tələb edib.
İddialarda Sofiya Vensin ildə 2 milyon dollar maaş aldığı qeyd olunur. Ronaldonun baş verənlərdən sonra pilotun müqaviləsinə birtərəfli qaydada xitam verdiyi bildirilir.
Məsələnin ən diqqətçəkən tərəfi isə iddia edilən təzminat məbləğidir.
Belə ki, futbolçun qadın pilotla əməkdaşlığı dayandırdığına görə 100 milyon dollar təzminat ödəməli olacaq.
Qalereya