Corcio Armani haqda serial çəkilir

01.08.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məşhur italyan modelyer Corcio Armaninin həyatından bəhs edən serial hazırlanır.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Adı açıqlanmayan layihənin istehsalını İtaliyanın "Lux Vide" şirkəti "Armani" moda evi ilə birgə həyata keçirəcək. Ekran işinin rejissoru Ferzan Özpetek olacaq.

"Armani" brendi yaradıcı heyətə modelyerin arxivlərinə, şəxsi əşyalarına və onunla bağlı məkanlara çıxış imkanı verəcək.

Qeyd edək ki, italiyalı modelyer Corcio Armani 4 sentyabr 2025-ci ildə 91 yaşında vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью