Icma.az bildirir, Oxu.az portalına istinadən. "Giorgio Armani" moda evinə yeni baş direktor təyin edilib.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu vəzifə Cüzeppe Marsoççiyə həvalə olunub.
Bildirilir ki, Marsoççi bu vəzifədə sentyabrın 4-də 91 yaşında vəfat edən moda evinin təsisçisi Corcio Armanini əvəz edəcək.
Qeyd olunur ki, o, şirkətdə 23 il icraçı direktor müavini kimi çalışıb və son altı ildə baş kommersiya direktoru vəzifəsini tutub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.