Corciya Meloni Ərdoğana təşəkkür etdi

29.04.2025

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İtaliya Baş naziri Corciya Meloni Rusiya və Ukrayna arasında vasitəçi roluna görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Teleqraf xəbər verir ki, o, bu barədə Romada Türkiyə lideri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

“Ukrayna-Rusiya müharibəsində Türkiyə Prezidenti vasitəçi rolunu öz üzərinə götürdü Cənab Ərdoğana Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyinə görə də təşəkkür edirəm. Ümid edirik ki, Rusiya da Ukrayna kimi sülh iradəsini nümayiş etdirəcək”, - Meloni deyib.

İtaliya Baş naziri Türkiyənin Avropa, Aralıq dənizi və NATO-da ölkəsinin önəmli müttəfiqi olduğunu vurğulayıb.

Corciya Meloni Rəcəb Tayyib Ərdoğanla görüşündə Suriya və Qəzza zolağındakı son durumu da müzakirə etdiklərini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью