Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Mənə aid edilən bu absurd və antisemit ifadələri qəti şəkildə rədd edirəm"
Fransanın 2Mediapart” nəşri “Milli Cəbhə” Partiyasının liderlərindən olan Cordan Bardellanın 2013-2015-ci illər arasında şəxsi söhbətlərdə antisemit və sui-qəsd nəzəriyyəçiliyi ilə bağlı açıqlamalar verdiyini iddia edən araşdırma dərc edib. AYNA.AZ xəbər verir ki, bu barədə “France Info” məlumat yayıb.
Məlumata görə, şəxsi mesajlarında o vaxt təxminən 18 yaşında olan Bardell "bütün bankların yəhudilərə məxsus olduğunu" iddia edib və İsrail tərəfindən idarə olunan "Yeni dünya nizamı"ndan danışıb.
Nəşr müstəqil şəkildə təsdiqləndiyini iddia etdiyi onlarla yazılı mesaja, eləcə də şahid ifadələrinə istinad edir.
Bardella ittihamları qətiyyətlə rədd edərək onları "qəzəbli uydurmalar" və "böhtan kampaniyası" adlandırıb. O, vəkilinin artıq “Mediapart”a qarşı böhtan iddiası ilə iddia qaldırdığını söyləyib. Siyasətçi sosial mediada bildirib ki, "mənə aid edilən bu absurd və antisemit ifadələri qəti şəkildə rədd edirəm".
“Milli Cəbhə” lideri Marin Le Pen Bardellanı müdafiə edib. O, “Mediapart” məqaləsini "saxta" və "manipulyasiya" olduğunu irəli sürüb. O, jurnalistlərə bildirib ki, "bu, o qədər dəlilikdir ki, yalnız saxta, çirkli bir hiylə ola bilər. “Mediapart”ın ustalıqla etdiyi kimi".
“Mediapart” öz növbəsində materiallarının həqiqiliyində israr edir. Müəlliflərdən biri Bardellanın həmin dövrdə antisemit ideologiya ilə "əlaqəli" olduğunu və yazılı dəlillərin etibarlı olduğunu bildirib.
Daha əvvəl Fransanın sağçı “Milli Cəbhə” Partiyasının liderindən olan Jordan Bardellaya yarmarkada sarımsaq atılmışdı. Dərc olunmuş görüntülərdə sarımsaq onun başına dəyib, bundan sonra təhlükəsizlik qüvvələrinin onu dərhal izdihamdan qoruduğu və daha sonra onun üzərindən bir neçə çətir açdığı görünür.
Le Pen partiyanın parlament qrupuna rəhbərlik edir və onu 2027-ci il Fransa prezident seçkilərində təmsil etmək niyyətindədir.