Статья не опубликована
Cordan Bardella: Parlamentin buraxılması qaçınılmazdır | Icma.az

Cordan Bardella: Parlamentin buraxılması qaçınılmazdır

27.01.2025

Icma.az, Aznews.az saytına istinadən bildirir.

Fransa parlamentinin buraxılması qaçılmazdır.

Bu barədə Milli Ralli partiyasının rəhbəri Cordan Bardella X sosial şəbəkəsində (keçmiş Twitter) yayımlanan mediaya müraciətində bildirib.

“Qanunvericilik baxımından mümkün olan kimi parlament seçkilərinin təyin edilməsi qaçılmazdır. Yalnız xalqa qayıdış ölkə üçün aydın və sabit çoxluğun formalaşmasına imkan verəcək”, - deyə o, bildirib.

Bardella həmçinin Fransanın baş naziri Fransua Bayru tərəfindən sosialistlər və respublikaçılar arasında əldə olunan konsensusdan “ölkədə heç kimin razı olmadığını” söyləyib.

Mövsüm

Aznews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью