Cordan Pikford “Everton”da qalır

13.10.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Everton”un əsas qapıçısı Cordan Pikford komandada qalmaq qərarına gəlib.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis oyunçu klubla uzunmüddətli müqavilə imzalamaq üçün razılıq əldə edib. 

Bildirilib ki, razılaşmanın yaxın günlərdə rəsmi şəkildə elan olunacağı gözlənilir.

Qeyd edək ki, 2017-ci ildən “Everton”un formasını geyinən 31 yaşlı qolkiper bu mövsüm Premyer Liqada 7 oyuna çıxıb və eyni sayda qol buraxıb.

Xatırladaq ki, Pikford indiyədək bütün turnirlərdə 326 matçda “Everton”un qapısını qoruyub. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью