Çörək almağa gedən gənc qız itkin düşdü FOTO

30.06.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Sumqayıtda 20 yaşlı qız itkin düşüb.

Moderator.az xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Yaxınları onun itkin düşməsi barədə polisə müraciət ediblər.

Ayseli görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat vermələri xahiş olunur. /Qafqazinfo/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью