Çörək almaqdan gələn qadını avtobus vurdu; ayaqlarını kəsdilər VİDEO

11.04.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çörək almaqdan gələn qadını avtobus vurub. Avtosfer.az xəbər verir ki, Braziliyada baş verən hadisənin görüntüləri ətrafda yerləşən təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Belə ki, yaşlı qadın nizamlanmayan piyada keçidindən yolun digər tərəfinə keçmək istəyib, lakin qara rəngli avtomobilin sürücüsü onun hərəkətinə maneə yaradıb. Səkidə səbirlə gözləyən qadın avtomobil getdikdən sonra yoluna davam edib və bu dəfə avtobus tərəfindən vurulub.

Yerli medianın məlumatına görə, çörək almaqdan evinə qayıdan qadının hadisə nəticəsində aldığı ağır xəsarətlərdən hər iki ayağı amputasiya olunub.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью