Çörək diabet yaradır?

15.07.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Endokrinoloq Qriqori Dolquşin çörəklə bağlı geniş yayılmış fikrin doğru olmadığını bildirib.

Redaktor.az-ın məlumatına görə, həkim özünün "Telegram" kanalında qeyd edib ki, bəzi insanlar istənilən növ çörəyin diabet riskini artırdığına inanırlar.

Onun sözlərinə görə, hətta bir dəfə nəvələri tərəfindən iki il çörək yeməsi qadağan edilən yaşlı qadınla da qarşılaşıb.

Dolquşin vurğulayıb ki, əslində çörək yemək 2-ci tip diabetə səbəb olmur. O izah edib ki, bu xəstəliyin yaranmasının əsas səbəbi karbohidratların qəbulu deyil, orqanizmdə yağ toxumasının həddindən artıq yığılmasıdır.

Həkim qeyd edib ki, çörəyin diabet yaratdığına dair yayılmış fikir elmi cəhətdən öz təsdiqini tapmayıb.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью