Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, Gədəbəy şəhəri ərazisində yerləşən çörəkbişirmə sexində çalışan 1976-cı il təvəllüdlü X.Həsənova, 1971-ci il təvəllüdlü P.Sadıqova və 1986-cı il təvəllüdlü S.Hüseynova dəm qazından zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.