Çörək verdik, mərmi atdılar... | Icma.az
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. Xəbər verdiyimiz kimi, bu gün Ağdam Şəhəri Günüdür.
“Qafqazinfo”nun məlumatına görə, 23 iyul 1993-cü ildən erməni işğalında olan şəhər Üçtərəfli Bəyanatın ikinci bəndinə əsasən 20 noyabr 2020-ci il tarixində gerçək sahiblərinə qaytarılıb.
İşğal dövründə digər ərazilərimiz kimi Ağdam şəhəri və rayonun yaşayış məntəqələri, mədəni irsimiz və abidələrimiz də erməni vandalizminə məruz qalıb.
Həmin abidələrdən biri də Ağdamda yerləşən Çörək muzeyi olub.
80-ci illərin əvvəllərində Almaniyanın Ulm şəhərində yerləşən Çörək muzeyi haqqında “İzvestiya” qəzetində maraqlı məqalə dərc olunur.
Elə bundan sonra Ağdamda da eyniadlı muzeyin yaradılması fikri müzakirəyə qoyulur.
Yekun qərar verildikdən sonra dəyirman binasının ətrafı təmir edilir, yerli mütəxəssislər tərəfindən fasadında məşhur daş mozaika yaradılır.
Həmin mozaikanın ideası Sadıq Murtuzayevə, tərtibatı isə dizayner-rəssam Zakir Rüstəmova aiddir.
Tam oxu
Xəbəri oxu