Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, həkim-dietoloq və nutrisioloq Natalya Lazurenko çörəyin düzgün saxlanma qaydaları barədə danışarkən onun dondurulmasını tövsiyə edib.
Dietoloqun sözlərinə görə, çörək soyuducuda saxlanıldıqda kiflənmə prosesi ləngisə də, nişastanın sərtləşməsi səbəbindən məhsul öz yumşaqlığını itirə və bərkiyə bilər. Buna görə də çörəyi uzun müddət saxlamaq istəyənlər üçün dondurucu daha əlverişli seçimdir.
Mütəxəssis çörəyi dondurmazdan əvvəl porsiyalar şəklində doğramağı, hava keçirməyən qablaşdırmadan istifadə etməyi və qablaşdırmanın içərisindəki artıq havanı çıxarmağı məsləhət görüb. Onun tövsiyəsinə əsasən, məhsul mənfi 18 dərəcə temperaturda dondurulmalıdır.
Lazurenko bildirib ki, dondurulmuş çörəyi otaq temperaturunda saxlamaqla və ya tosterdə qızdırmaqla əridib istehlak etmək mümkündür.
Qeyd edək ki, çörəyin düzgün dondurulması həm məhsulun daha uzun müddət saxlanmasına, həm də qida israfının azaldılmasına kömək edə bilər.