“Çörəyinin duzu olmayan” 5 bürc

11.06.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bəzi insanlar var ki, həyatları boyu zəhmət çəkir, başqalarına kömək edir, yaxınları üçün fədakarlıq göstərirlər. Onlar səmimiyyətləri və vicdanlı davranışları ilə seçilsələr də, çox vaxt əziyyətlərinin qarşılığını istədikləri kimi ala bilmirlər. Belələri haqqında xalq arasında "çörəyinin duzu yoxdur" deyimi işlədilir.
Bizim.Media “çörəyinin duzu olmayan” 5 bürcü təqdim edir:
Xərçəng
Xərçəng bürcü ən qayğıkeş və mərhəmətli bürclərdən sayılır. Onlar ailələri və sevdikləri üçün hər cür fədakarlıq etməyə hazır olurlar. Səmimiyyətləri və xeyirxahlıqları ilə seçilsələr də, çox vaxt özlərini arxa plana keçirirlər. Buna görə də çəkdikləri zəhmətin bəhrəsini hər zaman istədikləri kimi görə bilmirlər.
Qız
Qız bürcü zəhmətkeşliyi və məsuliyyət hissi ilə tanınır. Onlar gördükləri işi vicdanla yerinə yetirməyə çalışır, xırda detallara belə diqqət yetirirlər. Ətrafdakılara kömək etməyi sevən Qızlar çox vaxt öz maraqlarını unudurlar. Bu səbəbdən əziyyətləri bəzən lazımi dəyəri görmür.
Balıqlar
Balıq bürcü həssaslığı və səmimiyyəti ilə fərqlənir. Onlar başqalarının problemlərini öz problemləri kimi qəbul edir və hər kəsə dəstək olmağa çalışırlar. Fədakar xarakterləri səbəbindən tez-tez məyusluq yaşayırlar. Buna baxmayaraq, yaxşılıq etməkdən və insanlara dayaq olmaqdan vaz keçmirlər.
Buğa
Buğa bürcü səbirli və çalışqan insanlardan hesab olunur. Qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün uzun müddət yorulmadan çalışırlar. Etibarlı dost və sadiq ailə üzvü kimi tanınırlar. Lakin bəzən göstərdikləri zəhmət və sədaqət layiq olduğu qiyməti almır.
Oğlaq
Oğlaq bürcü əzmkar və məsuliyyətli xarakteri ilə seçilir. Onlar həm ailələri, həm də işləri üçün böyük fədakarlıqlar göstərirlər. Başqalarının rahatlığı naminə öz istəklərindən vaz keçə bilirlər. Ancaq həyatın müxtəlif dövrlərində əziyyətlərinin qarşılığını gec aldıqları üçün obrazlı desək, çörəklərinin duzu az olur. (Metbuat.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью