Corriere della Sera: Kiyev Donbası 800 milyard dollara sata bilər

23.01.2026

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın "Corriere della Sera" qəzeti öz mənbələrinə istinadən yazır ki, sənədlərin birinə əsasən, Ukrayna Ordusunun Donbas vilayətindən tamamilə çıxarılmasına baxılacaq. Kiyev bu itkinin müqabilində ABŞ-nin "BlackRock" şirkətindən 800 milyard dollarlıq yardım alacaq. Belə ki, bu məbləğ şirkətin baş direktoru Larri Finkin rəhbərliyində Ukraynada yenidənqurmanın maliyyələşdirilməsinə xərclənəcək. Ukrayna, eyni zamanda, ABŞ və Avropa müttəfiqlərindən təhlükəsizlik zəmanətləri alacaq.
Belə bir razılaşmanın hər hansı təfərrüatı, yaxud tərəflər ona münasibəti hələlik açıqlanmayıb. Finlandiya Prezidenti Aleksandr Stubbun sözlərinə görə, bu cür genişmiqyaslı yenidənqurma planı yalnız kağız üzərində qala bilər.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью