Coşqun 68 dəqiqə oynadı, komandası ilk pilləyə yüksəldi

10.11.2024

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" Türkiyə I Liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, milli üzvünün komandası 12-ci tur çərçivəsində "Boluspor"la qarşılaşıb.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Diniyev 68-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, ardıcıl 4 matçda qalib gələn "Bandırmaspor" 24 xalla zirvəyə yüksəlib. Komanda ən yaxın izləyicilərini 2 xal qabaqlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью