Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. "31 il tarix baxımından qısa dövr deyil.
Amma bu müddət ərzində ölkəmiz əsrə bərabər inkişaf yolu keçib".
Oxu.Az xəbər verir ki, bunu Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" mövzusunda keçirilən konfransda Nizami RİH başçısı Coşqun Cəbrayılov deyib.
O bildirib ki, 1990-cı illərin əvvəlində hökm sürən tənəzzül ölkəni daha ağır duruma salmışdı: "Beləliklə, onsuz da gərgin olan yaxın qonşular və böyük dövlətlərlə münasibətlər pozuldu.
Nəticədə torpaqlarımız işğal edildi, sanksiyalar tətbiq olundu, xalqımız və dövlətimiz ağır duruma düşdü.
Əlbəttə ki, bu vəziyyətdə xalqımızın köməyinə 1969-cı ildə olduğu kimi, ulu öndər Heydər Əliyev gəldi.
Heydər Əliyev hakimiyyətə gələndən sonra xaos aradan qalxdı, iqtisadi vəziyyət bərpa edildi və sabitlik qədəm qoydu", - icra başçısı deyib.
O əlavə edib ki, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs imzalandı və növbəti mərhələdə - sentyabr ayında əsrin müqaviləsi imzalandıqdan sonra Azərbaycanın inkişaf yolunda iqtisadi dirçəliş oldu: "Bundan sonra xarici sərmayələr ölkəmizə axmağa başladı.