Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. 1990-cı illərdə Bakıda əlisilahlı əsgərlər sərbəst gəzirdilər.
Regionlarda separatçılıq meyilləri baş alıb gedirdi. Azərbaycan vətəndaş qırğını ilə üz-üzə idi.
"Report" xəbər verir ki, bunu Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Qalib Lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda konfransda deyib.
O qeyd edib ki, elə bir çətin durumda Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldi: "Əgər Ulu Öndər hakimiyyətə gəlməsəydi, nələr baş verə biləcəyini təsəvvür etmək mümkün deyil.
O, ilk olaraq, ölkədə sabitliyi, iqtisadi dirçəlişi təmin etməyə başladı.
1994-cü ildə atəşkəs sənədi imzalandı və növbəti mərhələdə "Əsrin Müqaviləsi"nin imzalanması ilə əlaqədar ciddi siyasi işlər başladı.
Bu müqavilənin imzalanmasından sonra ciddi sıçrayış baş verdi".
İcra başçısı qeyd edib ki, region ölkələrinin bir çoxu "Əsrin Müqaviləsi"nin imzalanmasından narahat idi: "Buna baxmayaraq, Heydər Əliyev regionda maraqları toqquşan ölkələri razı sala bildi və müqavilə uğurla imzalandı.