Coşqun Diniyev 90 dəqiqə oynadı, komandası qələbə qazandı

09.03.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə Türkiyə 1-ci Liqasında 29-cu turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi "Çorum" səfərdə "Gənclərbirliyi" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Coşqun Diniyev də bu matçın iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

29 turdan sonra 42 xal toplayan "Çorum" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью