Coşqun Diniyev ilk matçında qol vurdu

11.02.2025

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Millimizin üzvü Coşqun Diniyevin çıxış etdiyi “Çorum” doğma meydanda “Yeni Malatyaspor”u qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, həmyerlimiz debüt matçında fərqlənməyi bacarıb. Diniyev oyunun 14-cü dəqiqəsində komandasını hesabda önə keçirib – 1:0. Görüşdə ilk hissə oynanır.

Xatırladaq ki, millimizin üzvü “Bandırmaspor”dan “Çorum”a transfer olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью