Coşqun Diniyev liderə qarşı oynadı

25.11.2024

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə 1-ci Liqasında 13-cü turdavam edir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi "Bandırmaspor" bu turda "Kocaelispor"la qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb. 

Coşqun da bu oyunda iştirak edib. 29 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə Edson Mekser ilə əvəzlənib.

Hazırda "Bandırmaspor" turnir cədvəlində 25 xalla 2-cidir. Komanda lider "Kocaelispor"dan 1 xal geri qalır. 

"Kocaelispor" - "Bandırmaspor" - 2:2

Qollar: Çelik, 32, Çağlayan, 90+3 - Nukan, 39, Vukoviç, 56-avtoqol.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью