Coşqun Diniyev qərb təmsilçisinin təklifini geri çevirib

29.06.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Kəpəz" "Araz-Naxçıvan"dan ayrılan futbolçu Coşqun Diniyevi heyətinə qatmaq istəyib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi yarımmüdafiəçiyə təklif göndərib.
Lakin oyunçu "sarı-göylər"in təklifini geri çevirib.
O, daha iddialı klubda oynamaq istədiyi üçün bu addımı atıb. Diniyev ilk növbədə karyerasını ölkə xaricində davam etdirmək arzusundadır.
Qeyd edək ki, bir neçə gün öncə futbolçusunun atası Şahin Diniyev saytımıza açıqlamasında oğlunun karyerasını ölkə xaricində davam etdirmək istədiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью