Coşqun Diniyev Türkiyə klubundan ayrıldı

28.07.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

Azərbaycan milli komandasının üzvü Coşqun Diniyev Türkiyənin "Çorum" klubundan ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Coşqun Diniyev fevraldan "Çorum"un şərəfini qoruyurdu. O, "qırmızı şimşəklər"lə meydana çıxdığı 12 oyunda 2 qolla yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью