Coşqun Diniyev Türkiyədə klubunu dəyişdi

10.02.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyədə klubunu dəyişib.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən yay "Bandırmaspor"a transfer olunan 30 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Çorum"la anlaşıb.

Onun yeni klubu ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, C.Diniyev "Bandırmaspor"un heyətində meydana çıxdığı 20 matçda 2 məhsuldar ötürmə edib. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью