Coşqun Diniyev xaricə üz tutur

27.06.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Araz-Naxçıvan"dan ayrılan Coşqun Diniyev karyerasını xaricdə davam etdirə bilər. Bu barədə məlumatı Sport24.az-a futbolçunun atası Şahin Diniyev verib.
Mütəxəssis bildirib ki, oğlu özü də legioner həyatı yaşamaqda maraqlıdır:
"Coşqun artıq böyük bir insandır. Daha özü qərar verir. Ancaq bildiyim qədər karyerasını Azərbaycanda yox, xaricdə davam etdirəcək. Hazırda agenti bu işlərlə məşğuldur. Coşqun özü də yenidən legioner həyatı yaşamaqda maraqlıdır".
Qeyd edək ki, daha əvvəl Türkiyənin I Liqasında "Ürmaniyespor", "Bandırmaspor" və "Çorum"da çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью